Azad Media Susdurula Bilməz!
Hindistan şirkəti Azərbaycanda böyük layihələrdən pay alır
İQTİSADİYYAT

Hindistan şirkəti Azərbaycanda böyük layihələrdən pay alır

 

Hindistanın “ONGC Videsh Limited” şirkəti Norveçin “Equinor” şirkəti ilə 60 milyon ABŞ dolları dəyərində saziş imzalayıb.

Hindistan şirkəti “Equinor”dan “Azəri-Çıraq-Günəşli” layihəsində 0,615% pay və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatoru olan “BTC Co” şirkətində 0,737% pay alacaq.

Sövdələşmənin yaxın aylarda tamamlanacağı gözlənilir.

Qeyd edək ki, “ONGC Videsh” şirkəti AÇG layihəsində 2,31% və BTC boru kəmərində 2,36% paya malikdir.

IRON MAX AZERBAIAN