Azad Media Susdurula Bilməz!
SOCAR Azərbaycanda bank alır
İQTİSADİYYAT

SOCAR Azərbaycanda bank alır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azər-Türk Bank” ASC-nin əsas səhmdarı olmaq niyyətindədir.

Bu məsələ şirkətin Müşahidə Şurasının növbəti iclasında müzakirə edilib.

İqtisadiyyat naziri, Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə “Hasilat və İşlənmə” biznes seqmenti üzrə görülmüş işlərə, əldə olunan nəticələrə və bu istiqamətdə atılacaq addımlara dair təqdimat edilib.

Görüşdə “Azər-Türk Bank”ın səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib.

 

 

  •  
IRON MAX AZERBAIAN