İQTİSADİYYAT
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcundan 7 dəfə çoxdur - AÇIQLAMA
“2021-ci ildə Azərbaycanda makroiqtisadi sabitliyin saxlanılması hökumətin prioritetləri sırasında olub”.
Bakufakt.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2021-ci il fəaliyyəti haqqında hesabatı haqqında danışarkən deyib.
Baş nazir ötən il Azərbaycanda ümumi daxili məhsulun, sənaye məhsullarının istehsalının, qeyri-neft ixracının artdığını bildirib.
Onun sözlərinə əsasən, 2021-ci ildə Azərbaycan xaricdən idxalı əvvəlki illərə nisbətən azaldıb.
“Azərbaycanın strateji valyuta ehtiyatları da artaraq 53 milyard dollar təşkil edib, bu isə xarici dövlət borcundan 7 dəfə çoxdur”, - deyə baş nazir əlavə edib.
Mənbə//Oxu.az