Xoş xəbər:Evini sığortalamayanlar cərimə edilməyəcək
"Evini sığortalamaanlar cərimə edilməyəcək. Bunu hələ 2020-ci ilin yanvar ayında Bakı Şəhər İcra Hakimiyyəti demişdi. Çünki icbari sığorta edilməməsi üzrə cərimə mexanizmi yoxdur".
Bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib. O bildirb ki, mexanizm indi də yoxdur:
"Prezident də o zaman bu sahədə maarifləndirmə işlərinin aparılmasını tapşırmışdı 3,5 il ərzində sığorta bazarına nəzarət edən Mərkəzi Bank heç bir iş aparmayıb. Əslində, suyu bulandıran vətəndaşlara bildirişlər göndərərək onları hədələyən sığorta şirkətləridir. Asan qazanc yeri axtarırlar. Mərkəzi Bank da susaraq onlara dəstək verir. Bununla guya sığorta bazarında canlanmanın baş verdiyini göstərmək istəyir. 2019-cu ilin sonunda sığorta bazarına nəzarət səlahiyyəti Elman Rüstəmova keçən kimi bu oyun başlandı. İndi də Mərkəzi Bankın yeni rəhbərliyi eyni ssenari üzrə hərəkət edir".
O bildirib ki, bütün bunları mən hələ 2019-cu ilin dekabr ayında deyib:
"Hətta 2019-cu il üzrə sığorta şirkətlərinə “İlin xox gələnləri” adını vermişdim. Heç nə dəyişməyib. Bəli, qanun 10 ildən çoxdur ki, daşınmaz əmlakın icbari sığortasını tələb edir. Etməyənə cərimə də nəzərdə tutulub. Amma onun mexanizmi yoxdur. Yəni bu “ölü” qanundur. Həm də ədalətsizdir. Çünki bu sığorta könüllü olmalıdır. Özü də Azərbaycanda yalnız kommersiya sığorta modeli deyil, həm də müştərək sığorta modeli (bu modelə görə sığorta hadisəsi baş vermədikdə vətəndaşın sığorta haqqı tam batmır) də tətbiq olunmalıdır. Əks halda, indiki kimi sığorta şirkətlərinə etimad olmayacaq. Çünki onlar əsasən yalnız öz qazancını düşünür və sığorta hadisələri baş verdikdə ödənişdən yayınırlar. Xüsusən iri, inhisarçı meyillilər.
Yeri gəlmişkən, daşınmaz əmlakın icbari sığortası real olaraq işə düşsə, sığorta sektorunda inhisarlaşma güclənəcək. Bu yağlı tikəni qamarlayacaqlar. Çünki bu sığorta növü müftə gəlir yeridir. Ölkədə il ərzində evlərdə nə qədər hadisə baş verir ki? Çox az! Avtomobil deyil ki, daim yolda olduğu üçün hadisə baş versin! Deməli, ödənişlər sığortaçıların xalis gəliri olacaq. Odur ki, bu oyunun qiyməti doğrudan da çox böyükdür. Amma hələlik istəklərinə nail ola bilməyiblər. Odur ki, hazırda narahatlığa əsas yoxdur..."
Ekspert vəd edb ki, bu sığortanı etmədiyinə görə cərimələnmiş və ona müraciət etmiş ilk şəxsin məhkəmədə işini pulsuz aparacaq:
"Ən azı ona görə ki, dövlət “ölü” qanun əsasında vətəndaşını cərimələməməlidir. O qanun kiminsə üçün varsa belə, bizim üçün ölüb".
Bakufakt.az