Azad Media Susdurula Bilməz!
ABŞ Rusiyanın alkoqolundan və kürüsündən İMTİNA ETDİ
İQTİSADİYYAT

ABŞ Rusiyanın alkoqolundan və kürüsündən İMTİNA ETDİ

ABŞ Rusiyadan dəniz məhsulları, almaz və alkoqol idxalı, həmçinin bu ölkəyə zinət əşyalarının tədarükünə qadağa qoyur.

Bakufakt.az Oxu.az saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

Bundan əlavə, ABŞ Rusiyanı “ən çox üstünlük verilən millət” statusundan məhrum edir. Rusiyanın ticarət statusunun dəyişməsi Amerika Konqresinə Rusiyadan ABŞ-a idxal olunan istənilən və ya bütün mallara, o cümlədən kürü, araq və digər mallara rüsum tətbiq etməyə imkan verəcək.

Bayden bildirib ki, G7 ölkələri Rusiyanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından borc almasına qadağa qoymağa çalışacaq.

IRON MAX AZERBAIAN