Azad Media Susdurula Bilməz!
Daha bir Azərbaycan əsilli boksçu Ermənistanda Avropa çempionu olub
İDMAN

Daha bir Azərbaycan əsilli boksçu Ermənistanda Avropa çempionu olub

Daha bir Azərbaycan əsilli boksçu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatının qalibi olub.

Xəbərə görə, 67 kq çəki dərəcəsində çıxış edən, Serbiyanı təmsil edən, Rusiya azərbaycanlısı olan Vahid Abbasov finalda Gürcüstan boksçusu Laşa Quruliyə qalib gələrək ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Xatırladaq ki, daha əvvəl Gürcüstan azərbaycanlısı Sahil Alaxverdovi (Allahverdiyev) 48 kq çəki dərəcəsində Bolqarıstan təmsilçisi Erqyunal Sebahtinə qalib gələrək ilk dəfə Avropa çempionluğunu əldə etmişdi.

Yarışın nəticəsinə əsasən qonşu Gürcüstan üç qızıl və bir gümüş medalla birinci olub. Serbiya iki qızılla ikinci, İspaniya bir qızıl, üç gümüş və bir bürünc medalla üçüncü yeri tutub.

IRON MAX AZERBAIAN