Azad Media Susdurula Bilməz!
İsveçrə millisi Rusiya ilə oynamaqdan imtina edib.
İDMAN

İsveçrə millisi Rusiya ilə oynamaqdan imtina edib.

 Bakufakt.az azmedia.az saytına istinadən xəbər verir ki, Məlumata görə, bu barədə İsveçrə Futbol İttifaqı məlumat yayıb. Bu qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunub.

Ukraynaya hücumu pisləyən qurumun bəyanatında bildirilib ki, bu, təkcə beynəlxalq hüququ deyil, həm də FİFA nizamnaməsində irəli sürülən dostluq münasibətlərinin təşviqi kimi futbolun ümumbəşəri dəyərlərini kobud şəkildə pozur: "Biz Ukraynadakı qurbanlara, xüsusilə də milli assosiasiyası və onun bütün üzvlərinə görə narahatıq".

Qərarın qadınlardan ibarət İsveçrə seçməsinə də şamil olunacağı istisna edilmir. Milli komanda bu ilin yayında İngiltərədə keçiriləcək Avropa çempionatının final mərhələsində Rusiya ilə eyni qrupda yer alıb.

Qeyd edək ki, daha əvvəl Polşa, İsveç və Çexiya yığmaları Rusiya millisi ilə oyun keçirmək istəmədiklərini açıqlayıb. Daha əvvəl FIFA beynəlxalq oyunlarda Rusiya bayrağı və himninin istifadəsini qadağan edib.

Reklam ADS