Azad Media Susdurula Bilməz!
Putin bu vəzifəsindən istefaya göndərildi
İDMAN

Putin bu vəzifəsindən istefaya göndərildi

Bakufakt.az Azmedia.az istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra dünyanın qınağına tuş gələn Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidenti vəzifəsindən kənarlaşdırılıb.

Bakufakt.azfanat.az-a istinadən xəbər verir ki, İJF-nin bugünkü bəyanatında deyilir: "Ukraynadakı müharibə fonunda Beynəlxalq Cüdo Federasiyası cənab Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edir".

Beynəlxalq Cüdo Federasiyası 2012-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putinə ən böyük mükafatlarından biri olan "səkkizinci dan qara kəmər" verib. O, 2008-ci ildə Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti seçilib.

Vladimir Putin 11 yaşından bu döyüş sənətini məşq etməyə başlayıb. 21 yaşında Leninqrad çempionu olub və usta adını alıb. 1999-cu ildə "Vladimir Putinlə cüdo öyrənmək" kitabı nəşr olunub

Reklam ADS