İDMAN
Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verildi
Azərbaycanın ikiqat olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib.
Bu barədəHacı Əliyevin özü bildirib:
“Əslində bu görüşü Olimpiadadan sonra gözləyirdim. Ancaq müəyyən səbəblərdən bu alınmamışdı. Bununla belə, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hər zaman biz idmançıları diqqətdə saxlayır. Bu rütbənin verilməsi də onu göstərir. Mənə kapitan rütbəsinin verilməsinə görə ona təşəkkürümü bildirirəm. Həmçinin, vaxtından əvvəl polkovnik rütbəsi verilən məşqçim Firdovsi Umudovu və mükafatlandırılan digər sərhədçi idmançıları təbrik edirəm