İDMAN
Almaniyada hakim iftar vaxtına görə oyunda müvəqqəti fasilə elan etdi
Futbol üzrə Almaniya çempionatının “Leypziq” - “Hoffenhaym” oyununda qısa fasilə verilib.
Hakimin matça qısa fasilə verməsində məqsəd isə meydan sahiblərinin müdafiəçisi Məhəmməd Simakanın oruc açmasına şərait yaratmaq olub.
Qeyd edək ki, 21 yaşlı Məhəmməd Simakan qvineya kökənli fransızdır, müsəlmandır.
Məlumat üçün əlavə edək ki, sözügedən qarşılaşma “Leypziq” klubunun 3:0 hesablı qələbəsi ilə bitib