Azad Media Susdurula Bilməz!
Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat!
İDMAN

Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat!

Azərbaycanda Kikboksinq idman növünün inkişafında xüsusi xidmətləri olan, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Rəhim Rəfi oğlu Abasəliyev, Federasiyanın İdarə Heyətinin qərarı ilə

AKF Prezidentinin Yarışların Təşkili və İdarəolunması üzrə müşaviri və eyni zamanda Yarışların Təşkilat Komitəsinin sədri vəzifəsinə təyin edilib.

Rəhim Abasəliyev 2000-ci ildən məşqçi fəaliyyətinə başlamış, bu illər ərzində Kikboksinq idman növünün inkişafında mühüm xidmətlər göstərmişdir. O, müxtəlif dövrlərdə Zəngilan, Qubadlı, Sədərək idman klublarının, eləcə də Sumqayıt şəhərinin baş məşqçisi, Muaytay üzrə milli komandanın baş məşqçisi, respublika və beynəlxalq yarışlarda hakim və baş hakim kimi fəaliyyət göstərmişdir.

Eyni zamanda AKF-nın Sumqayıt Regional Filialının İdarə Heyətinin sədri olmuş və bir sıra tanınmış peşəkar idmançıların promotoru kimi çalışmışdır.

Onun rəhbərliyi altında yetişən idmançılar Dünya və Avropa çempionları, həmçinin İdman ustası və Əməkdar idman ustası adlarına layiq görülüblər.

Rəhim müəllimin müəllifi və təşkilatçısı olduğu uğurlu layihələr arasında 2007-ci ildə keçirilmiş “Peşəkarlararası D-8 Azərbaycan”, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş və K-1 MAX Azərbaycan Beynəlxalq Turnir layihələri xüsusi yer tutur.

O, həmçinin bir çox yerli və beynəlxalq turnirlərin təşkilində mühüm rol oynamışdır.

İdmanla yanaşı, Rəhim Abasəliyev müxtəlif illərdə

Zəngilan və Qubadlı idman klublarının direktoru,

Sədərək Ticarət Mərkəzinin Reklam və KİV departamentinin müdiri, Forvard Transport şirkətinin nəqliyyat şöbəsinin müdiri, ESAM LTD şirkətinin marketinq müdiri və

Sumqayıt Tədris Mərkəzinin direktoru vəzifələrində də uğurla fəaliyyət göstərib.

Ailəlidir, iki övladı var.

Azərbaycan Kikboksinq Federasiyası olaraq inanırıq ki, bu təyinat Kikboksinqin ölkəmizdə daha da inkişafına və yeni uğurlara yol açacaq!

Yeni vəzifəsi münasibətilə Rəhim Abasəliyevi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!

#AzərbaycanKikboksinqFederasiyası #AKF #Kickboxing #RəhimAbasəliyev #YeniTəyinat #Azərbaycanİdmanı #Kikboksinq #TeamAKF

IRON MAX AZERBAIAN