
O, öz nailiyyətlərini müəllimlərinin dözümlü səbrinə və daim yanında olmalarına borcludur - FOTO
Süleyman Sani Axundov adına 172 nömrəli tam orta məktəbin şagirdi idman sahəsində ardıcıl uğurlara imza atan Borcəli Omar, bu nailiyyətinə görə məktəbin direktoru Vəfa Bağırova və sinif rəhbəri Gülfirə Mehrəliyevanın göstərdiyi mənəvi dəstəyə təşəkkür edib.
Gənc idmançı bildirib ki, bu gün qazandığı uğurların təməlində müəllimlərinin əzmkarlığı, psixoloji və mənəvi dəstəyi dayanır:
Bayraqımızı daha böyük idman arenalarda göylərə qaldırmaq üçün təhsilimi növbəti tədris ilində idman olimpiya liseyində davam edəcəm.
“Bu günkü nailiyyətlərim müəllimlərimin dözümlü səbrinə və daim yanımda olmalarına borcluyam” – deyə o qeyd edib.
Gələcəkdə Azərbaycanı, şanlı bayrağımızı ən yüksəklərdə ucaltmaq istəyən Omar əldə edəcəyi nailiyyətlərdə başda sinif rəhbəri Gülfirə Mehrəliyeva olmaqla bütün müəllimlərinin əziyyətinin bəhrəsi olacağını bildirib:
"Fürsətsən istifadə edib sinif rəhbərin Gülfirə müəllimə başda olmaqla bütün müəllimlərimə mənim insan olaraq, ölkəsinə, xalqına bağlı gənc olaraq formalaşmağımda əziyyəti olan bütün müəllimlərimə, o cümlədən mənə həmişə dəstək olan, mənə isti münasibət bəsləyən sinif yoldaşlarımın valideynlərinə təşəkkürümü bildirir, sizləri unutmayacağımı bildirirəm. Sinif yoldaşlarıma da bu günə qədər mənimlə etdikləri dostluqlarına görə təşəkkür edirəm. Ola bilər, sizdən ayrılıram amma hər zaman dostlarım olaraq qalacaq, sizin bütün tədbirlərinizdə dəvət gözləyəcəyəm."
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının,fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.. Heydər Əliyev
Omar Borcəli respublika Olimpiya İdman litseyi