
İDMAN
Azərbaycanlı kikboksinqçilərimizi bu açıq birinciliyə qatılmağa dəvət edirik.
Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, Xüsusi təyinatlı idman klubunun təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş açıq birincilik keçiriləcək.
11,12 və 13 aprel tarixlərində Sərhədçi İdman Olimpiya Mərkəzinin ən peşəkar idmançıları arasında gərgin anlar yaşanacaq! Həyacan dolu anlara şahidlik edəcəksiniz!
Azərbaycanlı kikboksinqçilərimizi bu açıq birinciliyə qatılmağa dəvət edirik. İdmansevərləri isə bu yarışın həyacanını yaşamaqçün tribunalara dəvət edirik. Gəlin bu idman tədbirinin bir parçası olaq. Bu unudulmaz üç günün bir parçası olun! Hər kəsə uğurlar arzulayırıq.
Kikboksinqin həqiqi ruhunu birgə yaşayaq!
#idman Omar Borcəli DİN DQ XTQ