Azad Media Susdurula Bilməz!
NBA əfsanəsi: “Həkimlər ölə biləcəyimi söylədilər”
İDMAN

NBA əfsanəsi: “Həkimlər ölə biləcəyimi söylədilər”

NBA-nın canlı əfsanələrindən biri olan Şakil O'Nil sağlamlıq problemləri ilə mübarizə aparır.

Bu yaxınlarda o, yuxu apnesinə tutulub. Nəfəs almaqda çətinlik çəkən keçmiş NBA ulduzu, ciddi yuxu pozğunluğu ilə üzləşib.

O'Nil bu xəstəliyə görə yuxu aparatından istifadə etmək məcburiyyətində qalıb.

“Həkimlər mənə dedilər ki, yuxu apnesi hipertoniya və ya insult yarada bilər. Ona görə də ölə bilərsiniz”, - deyə basketbolçu bildirib.

 

Reklam ADS