İDMAN
Paltardəyişmə otağına silahla girdi, söydü və...
Türkiyə futbolunda xoşagəlməz hadisə yaşanıb.
Məlumata görə, aşağı liqada baş tutan və gərgin keçən "Vanspor" - "Zonquldak Kömürspor" xoşagəlməz anlara səbəb olub.
"Vanspor"un 90-cı dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə qalib gəldiyi matçdan sonra futbol meydanlarında arzuolunmaz hadisələrin yaşandığı iddia edilib.
"Zonguldak Kömürspor”dan verilən açıqlamada "Vanspor”un prezidentinin matçdan sonra əlində silahla meydan sahiblərinin soyunub-geyinmə otağına daxil olduğu, futbolçulara, texniki heyətin ünvanına təhqir və söyüşlər səsləndirdiyi iddia edilib.
Qapıçı Egemen Yaylının əlbəyaxa davada aldığı zərbələrə görə xəstəxanaya yerləşdirildiyi, idman nazirinin müdaxiləsindən çağırmasından sonra hadisələrin sakitləşdiyi bildirilib.
BakuFakt.az