Azad Media Susdurula Bilməz!
İranlı futbol adamları Azərbaycana səfər edəcək: əməkdaşlıq gözlənilir
İDMAN

İranlı futbol adamları Azərbaycana səfər edəcək: əməkdaşlıq gözlənilir

"Iran National Football Center"in üzvləri Bakıya səfər edəcək. 

BakuFakt.az xəbər verir ki, İranın tanınmış futbol mərkəzlərindən olan "Iran National Football Center" Azərbaycanın futzal üzrə ölkə çempionatında çıxış edən "Rekord"la bəzi işbirliyinə imza atacaqları gözlənilir. 

Aşağı yaş qrupları üzrə futbol üzrə ölkə çempionatında çıxış edən "Rekord" və "Iran National Football Center"lə işlər yolunda getsə Azərbayvan komandaları ilə müxtəlif yoldaşlıq və yoxlama oyunlarının da keçirilməsi nəzərdə tutulur. 

"Iran National Football Center" Azərbaycanda bəzi futbol layihələri də həyata keçirmək istəyir. Bu səbəbdən "Rekord" klubu tərəfdaş olaraq seçilib.

Qeyd edək ki, "Rekor" yeni yaranmış klub olmasına baxmayaraq, Azərbaycanda kifayət qədər populyarlıq qazanıb.

Zəhra Kələndərova 

Reklam ADS