Azad Media Susdurula Bilməz!
Azərbaycan millisi Avropa çempionatında ispanları darmadağın etdi
İDMAN

Azərbaycan millisi Avropa çempionatında ispanları darmadağın etdi

SlovakiyanınKoşitse şəhərində keçirilən minifutbol  üzrə Avropa çenpionatlığına Azərbaycan millisi ilk qələbəsini qazanıb. B qrupunun digər görüşündə Rumıniya Albaniyaya 3:1 hesabı ilə qalib gəlib. Bununla da Rumıniya altı xalla qrup birinciliyini təmin edib. Komandamız isə üç xalla ikinci pilləyə yüksəlib. İspaniya və Albaniyanın hərəyə bir xalı var.

Komandamız bu gün qrupda üçüncü oyununu keçirəcək. Elşad Quliyevin baş məşqçisi olduğu, heyətində Davud Kərimi, Bəxtiyar Soltanov kimi sabiq peşəkar futbolçuların yer aldığı millimiz qrupdan çıxmaq üçün Bakı vaxtı ilə saat 12:30-da Albaniya yığması ilə qarşılaşacaq. Komandamıza növbəti mərhələyə çıxması üçün heç-heçə də sərf edir.

Qeyd edək ki, iyunun 4-də komandamız qrupdakı ilk görüşündə Avropa çempionları Rumıniyaya 0:2 uduzub

Reklam ADS