Azad Media Susdurula Bilməz!
HƏRBİ VƏZİYYƏT VƏ XÜSUSİ HÜQUQİ REJİM
hüquq qanun

HƏRBİ VƏZİYYƏT VƏ XÜSUSİ HÜQUQİ REJİM

Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq qanunvericiliyə əsasən, ölkənin müdafiəsi və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyən hallarda hərbi vəziyyət elan edilə bilər.

Hərbi vəziyyət xüsusi hüquqi rejimdir. Bu rejim zamanı dövlət orqanlarının, vətəndaşların, ictimai birliklərin və digər subyektlərin fəaliyyətinə müəyyən əlavə qaydalar və məhdudiyyətlər tətbiq edilə bilər.

Hərbi vəziyyətin əsas məqsədi: dövlətin təhlükəsizliyini təmin etmək; ərazi bütövlüyünü qorumaq; real təhlükəni aradan qaldırmaq; ictimai asayişi təmin etmək; normal hüquqi rejimin bərpasına şərait yaratmaqdır.
 

Hərbi vəziyyət zamanı tətbiq edilən məhdudiyyətlər müvəqqəti xarakter daşımalı və qanunvericiliklə müəyyən edilmiş çərçivədən kənara çıxmamalıdır.

IRON MAX AZERBAIAN