POLİS VƏ DEMOKRATİYA
Polis dövlətin təhlükəsizlik və hüquq-mühafizə sisteminin mühüm hissəsidir. Polis fəaliyyətinin əsas məqsədlərindən biri ictimai asayişi və təhlükəsizliyi təmin etmək, cinayətlərin qarşısını almaq və qanunun tələblərini həyata keçirməkdir.
Demokratik cəmiyyətdə polis: qanun əsasında fəaliyyət göstərməli; vətəndaşların hüquq və azadlıqlarına hörmət etməli; səlahiyyətlərindən yalnız qanunla müəyyən edilmiş çərçivədə istifadə etməli; zor tətbiqini zərurət və mütənasiblik prinsiplərinə uyğun həyata keçirməli; ayrı-seçkiliyə yol verməməli; qanunsuz göstərişləri icra etməməli; cəmiyyət qarşısında hesabatlı olmalıdır.
Polisin dövlət hakimiyyətini təmsil etməsi onun qanundan üstün olması demək deyil. Əksinə, polis əməkdaşının fəaliyyəti də qanunvericilik və insan hüquqları çərçivəsində həyata keçirilməlidir.

