hüquq qanun
SİLAHLI QÜVVƏLƏR ÜZƏRİNDƏ DEMOKRATİK NƏZARƏT
Demokratik dövlətlərdə Silahlı Qüvvələr mülki hakimiyyətin nəzarəti altında fəaliyyət göstərir. Demokratik nəzarətin əsas elementləri: Konstitusiyaya və qanunlara tabeçilik; mülki hakimiyyətin üstünlüyü; parlament nəzarəti; məhkəmə nəzarəti; qanunvericiliklə müəyyən edilmiş məsuliyyət; insan hüquqlarının qorunması; dövlət büdcəsinin və müdafiə xərclərinin qanuni nəzarəti; ordunun siyasi hakimiyyət uğrunda mübarizəyə cəlb edilməməsi.
Ordunun demokratik dövlət sistemində əsas vəzifəsi siyasi proseslərə müdaxilə etmək deyil, dövlətin təhlükəsizliyini və müdafiəsini təmin etməkdir.

