Azad Media Susdurula Bilməz!
Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
hüquq qanun

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat dövlət rüsumu müəyyənləşir.

Bakufakt  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat dövlət rüsumu alınır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib. 

 

IRON MAX AZERBAIAN