hüquq qanun
Mövlam Şıxəliyevə məxsus əmlaklarla bağlı daha bir məhkəmə çəkişməsi yekunlaşıb
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş, sonradan ağır cinayətlərə görə məhkum edilən Mövlam Şıxəliyevə məxsus, həyat yoldaşının adına rəsmiləşən əmlaklarla bağlı daha bir məhkəmə çəkişməsi yekunlaşıb.
Səbail Rayon Məhkəməsində sona çatmış prosesdə yeni diqqətçəkən məqamlar üzə çıxıb.
Bakufakt.az-ın əldə etdiyi məlumata görə, hakim Rəna Qafarovanın qəbul etdiyi qətnamədə göstərilir ki, Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən, ümumi sahəsi 3583,8 kvadratmetr, torpaq sahəsi isə 3,87 hektar olan məşhur “Çoban Bulaq” Ailəvi İstirahət Mərkəzi paylı mülkiyyət hüququ əsasında rəsmiləşdirilib.

