
Hakimdən şikayət var:
Nazir və Ali Məhkəmənin sədrinə müraciət olundu Keçmiş icra başçısının qohumlarının döydüyü şəxslər məhkəmə hakimindən ədliyyə naziri Fərid Əhmədova, Ali Məhkəmənin sədri İnam Kərimova, Məhkəmə-Hüquq Şurasına müraciət ediblər. Müraciətdə bildirilir ki, şikayətlə bağlı iş Nərimanov rayon Məhkəməsində hakim Xalidə Əlisoyun icraatındadır: "Ancaq məhkəmə prosesı bilərəkdən uzadılır və bu məsələyə də müdaxilə edilir. Müraciət müəlliləri ümidvar olduqlarını bildiriblər ki, işin ədalətli araşdırılması və günahkarların cəzalandırılması üçün qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə edilməsi barədə göstəriş veriləcək.
Müraciət müəllifi
qardaşı bir qrup şəxs tərəfindən amansızlıqla döyülən vətəndaş Gülnar Qədirzadədir. Bir müddət əvvəl kömək üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şəxs bildirib ki, 7 ay əvvəl Zərdabın sabiq icra hakimiyyəti başçısı olmuş Lütvəli Babayevin qardaşı oğulları Babayev Yadigar, Babayev Telman və Huseyinov Həsən, eləcə də onların 4 dostu tərəfındən qardaşı Qədirzadə Rəvan amansızlıqla döyülüb. Nəticədə qardaşının iki qabırğası sınıb və digər ağır bədən xəsarətləri alıb:
"Mən qardaşımı onların əlindən almaq istəyəndə, onlar mənə də yumruq və təpik zərbələri endiriblər. Hər ikimiz tibbi ekspertizaya müraciət edərək həkim-ekspert rəyi almışıq. Bundan başqa, hadisə yerində müşahidə kameraları var. Buna baxmayaraq, kamera görüntüləri hansısa səbəbdən tədqiqatçı Ramiz Pənahov tərəfindən gizlədilir və həkim- ekspert rəyi dəyişdirilib. Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Nərmin Məmmədova işimizə əsassız şikayət adi ilə xitam verdirib. Qarşı tərəf yüksək vəzifəli şəxslər vasitəsilə ədalətin bərpa olunmasına mane olacağını deyir və hətta belə yüksək vəzifəli şəxslərin adlarını da çəkirlər. Prosesin belə gedişi həmin vəzifəli şəxslərin məsələyə müdaxilə etdiyini və qanuni araşdırmaya mane olduğunu söyləməyə əsas verir".
İşin məhkəmə icraatında yubadılması isə şikayətçidə ciddi narahatlıq yaradıb. O, işin ədalətli məhkəmə araşdırması üçün müvafiq qurumlardan kömək istəməyə məcbur qalıb: "Ümid edirəm ki, işin ədalətli araşdırılması və günahkarların cəzalandırılması üçün qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə edilməsi təmin olunacaq". "Bakufakt.az"