Azad Media Susdurula Bilməz!
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
hüquq qanun

Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib

Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə Bakufakt.az-a ARVK-dən məlumat verilib.

İclasda bəzi vəkillərin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması, öz ərizələri ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunma, maddi yardım, habelə borclarının silinməsi, digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 5 vəkilə xəbərdarlıq edilib, 4 vəkilə töhmət verilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, habelə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb.

IRON MAX AZERBAIAN