Hər bir saxta diplomun arxasında cinayət əməli dayanır
Hər bir saxta diplomun arxasında cinayət əməli dayanır. Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Vəzifəli şəxs bilərəkdən saxta diplomu olanını vəzifəyə təyin edirsə məsuliyyətə cəlb oluna bilər.
Hazırda diplomun saxta olub-olmaması haqqında DİM-də baza var. Bu baza yaradılana qədər isə nə qədər saxta diplomu olan şəxslər işlə təmin olunmuşdular. Qanunvericiliyin tələblərinə uyğun olaraq saxta diplomun əldə olunması, saxtalaşdırılması və istifadə olunması cinayət məsuliyyətinə səbəbdir. Həm bu diplomu verən həm də onu əldə edən məsuliyyət daşıyır.
Amma işə götürənlər bu diplomların saxta olmamağını bilməyə bilərlər. Çünki saxta əldə edilmiş diplomlarda işə götürən qurum möhürü görüb hesab edirdi ki, həmin diplom saxta deyil. Hal-hazırda bu kimi neqativ halların qarşısının alınmasına görə, vahid baza sisteminə keçirildi. Bu kimi hadisələr olan zaman bazaya sorğu göndərilir. Sorğuda cavab gələrsə ki, bu adam filan universiteti bitirib, onun işlə təmin olunmasında heç bir problem yaşanmır.
Əvvəllər bir sıra özəl universitetlər insanlara saxta diplomlar verirdilər və yaxud qanunsuz və testdən kənar hansısa inzibati binası belə olmayan 1000 dollarlıq universitetlərə daxil olaraq, auditoriya üzü görmədən bitirməyə 3-4 ay qalmış Dövlət universitetlərinə köcürülərək güya həmin universiteti bitirmiş kimi diplom alırdılar.
Amma sonralar Təhsil Nazirliyinin məsələyə ciddi yanaşması nəticəsində bu kimi hallar araşdırıldı. Həmin materiallar Baş Prokrorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildi. Daha sonra isə bu diplomları verənlər cinayət məsuliyyətinə cəlb olundular.
Ancaq əminliklə deyə bilərəm ki, növbəti araşdırma aparılsa hal-hazırda aparıcı vəzifələrə təyin edilən vəzifəli şəxslərin saxta diplomları cox asanlıqla müəyyən edilməklə Cinayət Məcəlləsində bir sıra maddələr var ki, onlar həmin maddələr ilə cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslərə 178.3.2 dələduzluq, 308.1 vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 320.1 rəsmi sənədlər, diplomlar, möhürlərin saxtalaşdırılması halları olarsa bu maddələr ilə cinayət işi başladıla bilər.
"bakufakt.az"