Azad Media Susdurula Bilməz!
Özünü “biznes ledi” kimi qələmə verib külli mqidarda pul mənimsədi
hüquq qanun

Özünü “biznes ledi” kimi qələmə verib külli mqidarda pul mənimsədi

Bakıda insanların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edən, vəsaitlərini mənimsəyən şəxsdən kütləvi şikayət var. Daxil olan məlumata görə, özünü “biznes ledi” kimi təqdim edən Ayşən İsmayılova adlı xanım bu vasitə ilə bir külli  miqdarda vəsait mənimsəyib. 
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, özünü biznes qadını kimi təqdim edən Ayşən İsmayılova iş qurmaq, ortaq biznes adı altında ayrı-ayrı vətəndaşların pulunu mənimsəyib. Daha sonra aldatdığı şəxslərin ondan şikayətçi olmaması üçün yaxın zamanda Rusiyadakı obyektlərindən külli miqdarda pul alacağını və aldığı məbləğləri geri qaytaracağını deyib. Ancaq məlum olub ki, özünü “biznes ledi” kimi təqim edən bu şəxsin heç bir biznesi yoxdur və məqsədi sadəcə fırıldaqçılıq yolu ilə başqalarının pulunu mənimsəyib yaşamaq olub.
Maraqlı məqam özünü “biznes ledi” kimi təqdim edən bu xanımın hətta keçmiş həyat yoldaşının ailəsini də ciddi ziyana salmasıdır. 
Belə ki, Azərbaycanda tanınmış ailənin gəlini olmuş bu xanımın təkcə özü yox, hətta atası və qardaşı da külli miqdarda pulu ələ keçiriblər. Məlumata görə, Ayşən İsmayılovanın atası Murad Aslanov keçmiş qudasına 58 800, qardaşı Səməd Aslanov 200 000, anası Arzu Aslanova isə 31 min ziyan vurub. Ayşən İsmaylovanın özünün isə bu ailəyə vurduğu ziyan 150 min manat olub. Ümumilkdə isə özünü “biznes ledi” kimi təqdim edən Ayşən İsmayılova və ailəsinin təkcə keçmiş həyat yoldaşının ailəsinə vurduğu ziyan 482 000 manat olub. 
Ziyan bununla da bitməyib. Ayşən İsmayılova keçmiş qayınanasını aldararaq 15 min manat, onun bacısını aldadaraq isə 2500 avro pulunu ələ keçirib. 

Ayşən İsmayılovanın ziyan vurduğu, pulunu ələ keçirdiyi şəxslərdən bəziləri vəsaiti hazırda onun keçmiş qayınatasından tələb edilər. Məlumata görə, 7 nəfər ayrı-ayrılıqda 150 000, 97 000, 15 000, 5 000 min olmaqla ziyana məruz qaldığını bildirərək vəsaiti ailədən tələb edir.
 
Hazırda Ayşən İsmaylovanın dələduzluq əməllərindən ziyan görən çox sayda şikayətçi var. İşlə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
 

IRON MAX AZERBAIAN