Azad Media Susdurula Bilməz!
Azərbaycanda iki vəkilin fəaliyyəti dayandırıldı
hüquq qanun

Azərbaycanda iki vəkilin fəaliyyəti dayandırıldı

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

Eyni zamanda, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 4 vəkilə xəbərdarlıq olunub, 2 vəkilin fəaliyyəti isə dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi ilə bağlı qərarlar qəbul edilib.

IRON MAX AZERBAIAN