Azad Media Susdurula Bilməz!
31 il əvvəl 4 iyun hadisəsi:Hələ də unudulmur-VİDEO
hüquq qanun

31 il əvvəl 4 iyun hadisəsi:Hələ də unudulmur-VİDEO

1993-cü il 4 iyun hadisələrindən 31 il ötür. Buna baxmayaraq, həmin vaxt ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün yaratdığı anarxiya, xaos, özbaşınalıq nəticəsində baş vermiş qardaş qırğını hələ də unudulmur.

Həmin vaxt Gəncədə Azərbaycan Ordusunun mərhum korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi hissələrlə hökumət qüvvələri arasında silahlı toqquş­ma baş vermişdi. AXC-Müsavat iqtidarının göstərişi ilə keç­miş korpus komandiri Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olmuşdu. Məlum hadisə nəticəsində hökumətə tabe olmayan hərbçilərlə hökumət qüvvələri arasındakı toqquşmada, ümumilikdə, 35 nəfər həlak olmuşdu.

“Gəncə hadisələri” kimi tarixə düşən 4 İyun olayı AXC-Müsavat hakimiyyətinin iflası ilə nəticələndi. Bu hadisələrlə əlaqədar müxtəlif fikirlər səslənsə də, Azərbaycanı uçuruma aparan xaosun “müəllifləri” günahı bir-birinin üzərinə atsalar da, tarixi faktlar dəyişmir: ölkəyə vurulan siyasi, iqtisadi, ən əsası isə mənəvi zərbə insanların gələcəyə olan ümidini itirdi, səriştəsizlik Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdı.

"Bakufakt.az"

IRON MAX AZERBAIAN