Prokurorluğun veteranları təltif edilib
Prokurorluğun veteranları təltif edilib
Azərbaycan Prokurorluğunun veteranları Məhərrəm Məhərrəmov və Vaqif Axundovun 65 illik yubileylərinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubları və hədiyyələr təqdim edilib.
Görüş zamanı veteranlar prokurorluq orqanlarındakı xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmlənməsini, prokurorluq işçilərinin, onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib.
Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.