HƏRBİ XƏBƏRLƏR
Ərdoğanın danışıqlar dəvətinə Ukrayna da cavab verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı və rusiyalı həmkarları Volodimir Zelenski və Vladimir Putini birgə tele-konfransa dəvət etdikdən sonra Ukrayna ilkin razılığını verib.
Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, Ukrayna tərəfi Putinin buna razılıq verəcəyi təqdirdə belə bir danışıqlar formatını nəzərdən keçirməyə hazırdır.
"Bu nə dərəcədə doğrudur, onu deyə bilmərəm - bu razılaşmalar Türkiyə və Rusiya prezidenti arasında olub. O ki qaldı Ukrayna Prezidenti Aparatının mövqeyinə, Rusiya prezidenti razılıq versə, biz də bu təklifə baxacağıq», - Nikiforov bildirib.
Hələlik Putinin mətbuat katibi Dmitri Peskov Putinlə Ərdoğanın ikitərəfli söhbətini təsdiqləyib