HƏRBİ XƏBƏRLƏR
Rusiyada bağça uşaqlarına ölümcül silahlarla “vətənpərvərlik dərsi” keçirilib -FOTO
Sosial şəbəkələrdə rusiyalı hərbçilərin bağça uşaqlarına “vətənpərvərlik dərsi” keçməyi ilə bağlı fotolar paylaşılıb. Görüntülərin Başqırdıstanın Sterlitamak şəhərindən olduğu bildirilir.
Məlumata görə, tədbir zamanı rusiyalı hərbçilər balacalara baxmaq üçün daşınan zenit raket sistemləri (DZRK), tüfənglər və digər silahlar veriblər, həmçinin öz döyüş təcrübələrindən danışıblar.
Balaca uşaqlara bu cür ölümcül silahların nümayişi ictimaiyyətdə mənfi reaksiya doğurub.