HƏRBİ XƏBƏRLƏR
Ukraynada müharibədə 205 uşaq ölüb
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 205 uşaq ölüb, 373 uşaq güllə və qəlpə yarası alıb”.
Bakufakt.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Bildirilib ki, müharibə nəticəsində 578 uşaq müxtəlif dərəcədə bədən xəsarətləri alıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.
Bildirilib ki, indiyədək 1141 məktəbə ziyan dəyib. Onlardan 99-u tamamilə dağıdılıb.