Azad Media Susdurula Bilməz!
Savaşların Təsnifatı...
HƏRBİ XƏBƏRLƏR

Savaşların Təsnifatı...

Savaşların təsnifatı
Savaş anlayışı dəyişir Yeni savaş formalarını hərbi ekspertlər, politoloqlar və hərbi tarixçilər ciddi mövzularla ortaya qoyurlar. Sun-Tsunun, İskəndərin, Çingiz xanın, Klauzevitsin, Makiavellinin, A. Suvorovun, Bismarkın, daha sonrakı ənənəvi savaş strategiyaları süqut edib.
21-ci əsr ənənəvi olmayan savaşları doğurub. Bu savaşların xarakterinə və dinamikasına baxaq.
Savaş qaydalarında yeni döyüşlərə ötürülən və ya ötürülməyən, dəyişdirilən, yeniləşdirilən proseslər 20-ci əsrin sonlarından başlayaraq yeni formalarını və ya yeni kateqoriyalarını ortaya qoydu, bir turlu savaş növlərinə yaratdı. Beləliklə, Dördüncü Nəsil müharibəsi, Yeni Müharibələr, mürəkkəb müharibə kimi anlayışlar araşdırma mövzusu oldu.
Hərbi tarix bəşər tarixi boyu davam edən və münaqişə kateqoriyasına daxil olan hadisələrdən ibarətdir. Bunlar iki qəbilə arasında kiçik miqyaslı döyüşlərdən tutmuş, yer kürəsinin fərdi əhalisinin əksəriyyətinə təsir edən nizami ordular arasında dünya müharibəsinə qədərdir. Bu hadisələri yazı və ya başqa vasitələrlə qeyd edən şəxslərə hərbi tarixçilər deyilir.
Öyrənəcəyimiz mövzular
Savaşların yaranma səbəbləri
Hərb tarixinin dövrləri və tarix gedişində ortaya çıxan fərqliliklər.
Döyüşən tərəflərin (aktorların) analiz edilməsi
Hibrid savaşların xüsusiyyətləri 
Döyüş, tərəflərdən ən azı birinin, digərinə istəklərini qəbul etdirmək üçün şiddət istifadə etməyə qərar verməsi ilə başlayar.
Savaşın təkamülü
İnsanlığın bütün zamanlarını izlədikcə, bütün zamanların kitablarını oxuduqca, bütün kitabların ibrətindən doyub durduqca qələmi sadəcə tarixin qanına batırırmış kimi mürəkkəbə batırıb yazıb Ulu Zərdüşt. Yazıb ki, “bəşər övladını məhəbbətdən qat-qat çox savaş və cəsarət yetişdirib”. Demək, bu günkü insanı savaşlar becərib.
Savaş tarixi bəşərin yaşam boyu davam edən və münaqişə kateqori-yasına aid olan hadisələrin toplusudur. Bunlar iki toplun/soy arasında xırda dava-dalaşdan tutmuş, bütün dünya əhalisinə təsir edən nizami ordular arasında baş verən dünya müharibəsinə qədərdir.
Hesablanmışdır ki, son 5500 il içində irili-xırdalı 14.500 dəfədən çox savaş olub. İnsanlar yalnız 292 il savaşsız yaşayıblar. Bu gerçəyin qayğılı düşüncəsində adını unutduğum bir dahi elə bu ovqatla deyib ki, “tarixin səadət səhifələri boş səhifələrdir”.
Savaşlar millətin sosial dayaqlarını bərkidir, mədəniyyətə, incəsənətə, elmə, iqtisadiyyata, bir sözlə bütün yaşam sahələrinə əvəzsiz stimul verir.
Dövrlər
Belə geniş mövzunu tarixi dövrlərə bölüb incələmək gərəkdir:
tarixdən əvvəlki savaş
Qədim dövrlərdə savaş
Orta əsrlərdə savaş
barıt silahları ilə savaş
sənaye dövründə savaş
birinci nəsil savaşları
ikinci nəsil savaşları
üçüncü nəsil savaşları
dördüncü nəsil savaşları – yeni savaşlar
hibrid savaşlar – asimmetrik savaşların növü kimi
qarışıq savaşlar.
Bu üsulda səhvlər də ola bilər, çünki tarixi fərq müxtəlif coğrafiyalarda müxtəlif vaxtlara təsadüf edir. Qədim dövrlərdə savaş taktiki üsullar hələ də dünyanın bəzi yerlərində istifadə olunur. 
Tarixdən öncəki savaş
Tarixdən əvvəlki savaşlar təsəvvürlərimizlə ifadə edilir. Erkən ovçu-yığıcı toplumlarda yaş və cins fərqləri istisna olmaqla heç bir sosial rol və təbəqələşmə yox idi. Hər bir sağlam ovçu  yaşayış məntəqəsini və  ərazini qoruyurdu.
Əkinçiliyin formalaşması yığıcılığı, yığıcılıq ərzaq və məmulat bolluğunu, bu bolluq da toplum arasında təbəqələşməyə yol açdı.
Çox güman ki, aclıq dövründə ovçular təsərrüfatı olan məntəqələrə basqıları gücləndirərək, bəlkə də, ilk müntəzəm döyüşlərə başladılar.
Nisbətən daha bol təsərrüfat qurmuş toplumlarda sosial rollar ayrılıb şaxələndi və peşəkar qoruqçu/qarovulçu/döyüşçü dəstəsi də ilk dəfə ayrı-ayrı mütəşəkkil birliklər kimi meydana çıxdı.
Qədim dövrlərdə savaşlar
Nil çayı bölgəsində 117-ci qəbiristanlıq kimi tanınan yerdə yeddi min illik savaş barədə ilk tanıq verilir. Skeletlərində ox ucları olan bir çox cəsəd döyüşlərdə ölmüş ola bilər.
Qədim tarix əslində orduların tarixidir – fəth etdikləri, hərbi texnoloji ixtiraları ilə. Bunun bir çox səbəbi var. O dövrdə xaqanlıq ancaq hərbi güclə qoruna bilirdi. Böyük cəmiyyətin ərzaq təminatı üçün əkin yerləri az idi və savaşlar tez-tez olurdu.
Buna görə yaraq-yasaq kütləvi qayırılırdı. Arxeoloji qazıntıların böyük əksəriyyətində silah və zirehlər daha çox tapılır. Bu cür əşyalar həm də nəsillər üçün fəzilət simvolu hesab olunurdu və güman ki, görkəmli döyüşçülərin məzarlarına və ya xatirə abidələrinə qoyulurdu.
Yazının icadından sonra çox vaxt hərbi fəthləri və qələbələri tərifləmək üçün istifadə olunurdu. Yəni ilk yazılı əsərlərin mövzusu savaşlardır. Savaş insan həyatının həm çox adi, həm də dramatik bir hissəsidir. Bu gün də minlərlə əsgərin iştirak etdiyi döyüşlərin şahidi olmaq, bunun həm bədii, həm də publisistik yazılarda qeyd olunması çox vacibdir.
Dövlətlər və imperiyalar böyüdükcə nizama və səmərəliliyə ehtiyac artdı, nəticədə yazılı qeydlər çoxaldı.
Orta əsrlərdə savaş
Hərbi texnikada ixtiralar, təkmilləşmələr, xüsusən də yəhərlərdə üzəngilərdən istifadə texnoloji, mədəni və sosial inkişafı artırdı, hərbi taktika, süvari və topçunun rolu, bir sözlə qədim döyüş üslubu kəskin şəkildə dəyişdi. 
Orta əsrlərdə hökmdarlar çox vaxt qalalarda yaşayırdılar. Yalnız türklər bu qalaları dağıdırdılar.
Çöllərin köçəri döyüşçülərini təqlid edən Çin ordusu V əsrdə kütləvi piyada qüvvəsindən süvarilərin üstünlük təşkil etdiyi qüvvəyə çevrildi. Yaxın Şərq və Şimali Afrika Avropada olanlara bənzər və çox vaxt daha təkmil texnologiyalardan istifadə etdi.
Yaponiyada orta dövrün savaş üslubu 19-cu əsrdə də çoxları tərəfindən bəyənilirdi. Afrikada, Sahil boyunca və Sennar Krallığı, Sudan əyalətləri orta əsrlərə aid döyüş taktikalarından və silahlarından yararlanırdılar.
Bu zaman Avropada Çox təkmil silahlar icad edilirdi. Bu da dünyanın bu silahlarla işğalına yol açdı.
Yalnız, bol yem ehtiyatı olan iqlimdə insanlar inkişaf edə bilmirdilər. Çünki, təbiət onları axtarışa təhrik etmirdi, silkələmirdi.
Barıt silahları ilə savaş
16-cı əsrin əvvəllərində Avropa döyüşlərində arkebus-dan istifadə zirehli süvari üstünlüyünə son qoydu.
Feodal quruluşu dağılır və orta əsr şəhər dövlətləri daha böyük dövlətlərə çevrilirdi. Bu silahlar standart hərbi güc olan muzdlu və feodalların zorla cəlb etdiyi orduları əvəz edən peşəkar ordu yaranmasına səbəb oldu.
Bu dövrdə barıt bəzi mühüm silahların qayrılmasına əsas oldu:
səhra topu
artilleriya batareyaları
arkebuslu piyada təlimi
arkebuslu ağır süvari (Dragun)
süngü
Sənaye dövründə savaş
Silahlardan, xüsusilə barıtla işləyən atıcı silahlardan istifadə asanlaşdıqca, ölkələr qısa zamanda peşəkar ordu qurmağa başladılar.
Texnoloji tərəqqi taktikaları dəyişdi. Yeni silahlar meydan döyüşlərində qələbəni istisnasız olaraq təmin etdi .
Sənaye dövründə tətbiq edilən hərbi xidmət üsulu da tələb olunan qədər döyüşçü sayının artırılmasına imkan yaratdı. Bu üsul Napoleon Bonapartın keçirtdiyi savaşlarda da ard-arda qələbələri təmin etdi.
Sənaye əsrində qarşı tərəfin əhalisinin savaşdan çəkinməsi üçün total savaş-dan da istifadə edildi. Viliam Tekumse Shermanın "Dənizə Yürüşü" və Filip Şeridanın Şenandoh Vadisini viran etməsi bu hərtərəfli savaşın nümunələridir. Yəni bu silahlarla kütləvi məhvetmə başladı.
Savaşın "dəyişən siması"-nı müşahidə edincə Modern Savaş tarixini dörd "nəsil"-ə bölmək olur.

Konflikt jurnalistika : Rəşad Omar

Www.bakufakt.az 

 

 

IRON MAX AZERBAIAN