Azad Media Susdurula Bilməz!
Hansı ölkələr Ukraynanın təhlükəsizliyinin təminatçısı ola bilər?
HƏRBİ XƏBƏRLƏR

Hansı ölkələr Ukraynanın təhlükəsizliyinin təminatçısı ola bilər?

Türkiyəyə Ukraynanın təhlükəsizliyinin təminatçısı rolu da təklif olunur.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Republic” TV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyədən başqa, Hindistan və Çin də Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevrilə bilər.

“Hazırda təhlükəsizlik qarantlarında maraqlıyıq”, - deyə o vurğulayıb.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Fransanın atəşkəsdən sonra Ukraynada sülhün qurulmasında qarant rolunu oynamağa hazır olduğunu bəyan edib.

O, həmçinin nəticələrindən asılı olmayaraq Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqlarını davam etdirməyə hazır olduğunu deyib, çünki bu, Parisə danışıqların iştirakçısı statusunu saxlamağa imkan verir.

Mənbə: Gazeta.ru

IRON MAX AZERBAIAN