Azad Media Susdurula Bilməz!
Pentaqon Kramatorskdakı raket hücumunun Rusiya tərəfindən olduğunu təsdiqləyib
HƏRBİ XƏBƏRLƏR

Pentaqon Kramatorskdakı raket hücumunun Rusiya tərəfindən olduğunu təsdiqləyib

Pentaqon Kramatorskdakı dəmiryol vağzalına raket hücumunun məhz Rusiya tərəfindən olduğunu təsdiqləyib.

Bu barədə aprelin 8-də jurnalistlər üçün keçirilən qapalı brifinqdə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.

“Aydındır ki, biz rusiyalıların (bu raket hücumuna görə) cavabdeh olmamaları ilə bağlı etirazlarını qəbul etmədik. Onlar əvvəlcə uğurlu buraxılış barədə elan etdilər, lakin nəticələr barədə məlumat verilən kimi bunu təkzib etdilər”, - deyə Pentaqondakı mənbə bildirib.

Pentaqon həmçinin hesab edir ki, Rusiya Kramatorska hücum üçün RF Silahlı Qüvvələrinin 2021-ci ildə yaradılan 18-ci motoatıcı diviziyasından istifadə edəcək.

Diviziya üç motoatıcı alaydan və zirehli alaydan ibarətdir.

“Bizim qiymətləndirməmizə görə, diviziyadan qatar stansiyasına hücum edilən yerdə istifadə olunacaq”, - deyən Pentaqon rəsmisi bölmələrin bu ərazidə hərəkətinin müşahidə edildiyini vurğulayıb.

“Bu, Ukraynanın şərq hissəsinin əsas dəmiryolu qovşağıdır və çox strateji yerdir”, - deyə o, əlavə edib.

Xatırladaq ki, aprelin 8-də Kramatorsk dəmiryolu vağzalına iki ədəd “Toçka-U” raketi atılıb. Həmin vaxt stansiyada təxliyə olunmağı gözləyən minlərlə insan olub. Son məlumatlara görə, raket hücumu nəticəsində azı 52 nəfər ölüb, 109 nəfər yaralanıb

IRON MAX AZERBAIAN