Azad Media Susdurula Bilməz!
Azyaşlı qızını qorumaq üçün atdığı addımla gündəmə gəldi -FOTO
HƏRBİ XƏBƏRLƏR

Azyaşlı qızını qorumaq üçün atdığı addımla gündəmə gəldi -FOTO

Ukraynada davam edən müharibə fonunda ukraynalı bir ananın azyaşlı övladını qorumaq üçün atdığı addım dünyada geniş müzakirələrə səbəb olub.

Bakufakt.az xarici mediaya istinadən xəbər verir ki, ana Vira adlı övladının belinə onun doğum tarixini və ailə üzvlərinin əlaqə nömrəsini yazıb. Sözügedən fotonu isə qadın instaqram sosial şəbəkəsində paylaşıb. Ukraynalı jurnalist Anastasia Lapatina öz tviter hesabında həmin fotonu paylaşdıqdan sonra məsələ dünyanın gündəminə gəlib.

Qadının sözlərinə görə, foto müharibənin ilk günü çəkilib və onun bu addımının səbəbi qadının başına hər hansı bir iş gələrsə, yaxud körpəsi itərsə, onun təhlükəsizliyini təmin etməkdir. 

O, həmçinin üzərində daha ətraflı məlumat olan bir kağız parçasının da şəklini paylaşıb. Ana bildirib ki, kağızı öz ciblərində daşıyır.

Hazırda ana və övladının vəziyyətinin yaxşı olduğu qeyd olunub. Onların Ukrayna paytaxtı Kiyevdə yaşadığı məlumdur.

IRON MAX AZERBAIAN