HƏRBİ XƏBƏRLƏR
ABŞ Ukraynaya mərmi dronları verəcək
Birləşmiş Ştatlar Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində ABŞ-ın “AeroVironment” şirkətinin istehsalı olan 100 min ədəd “Switchblade” mərmi dronları verəcək.
Bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander məlumat verib.
“Biz Kiyevə hərbi yardım üçün prezidentin ən yeni xərclər paketinin bir hissəsi kimi 100 min ədəd “Switchblade” taktiki pilotsuz mərmi sistemi tədarük etməyi öhdəmizə götürmüşük”, - deyə Pentaqon rəsmisi Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsindəki dinləmələr zamanı bildirib.
Qeyd edək ki, “Switchblade” mərmiləri kamikadze dronları kimi tanınır. Onun”Switchblade-300” və “Switchblade-600” olmaqla iki versiyası mövcuddur