HƏRBİ XƏBƏRLƏR
Podolyak Abramoviçin sülh danışıqlarındakı roluna aydınlıq gətirdi
Rusiyalı milyarder Roman Abramoviç RF ilə Ukrayna arasında aparılan danışıqlarda vasitəçi və moderator kimi iştirak edir.
Bunu Ukrayna nümayəndə heyətinin üzvü, Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak brifinqdə deyib.
Podolyakın sözlərinə görə, Londonda yaşayan rusiyalı milyarder “nümayəndə heyətləri arasında son dərəcə effektiv vasitəçidir”.
Qeyd edək ki, martın 23-də məlum olub ki, Ukrayna prezidenti Volodimir Zelenski Co Baydendən Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib və bildirib ki, milyarder Kiyev və Moskva arasında sülh danışıqlarına töhfə verə bilər.