Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Ukraynadakı növbəti itkilərini açıqlayıb.
Bu barədə qurumun “Facebook” hesabında məlumat dərc olunub.
Qeyd edilir ki, Rusiyanın Ukraynaya hücumunun 34-cü günündə Müdafiə Qüvvələri Qrupu şərq, cənub-şərq və şimal-şərq istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirir.
Rusiyaya məxsus 12 tankını, 10 piyada döyüş maşınını və 3 zirehli avtomobilini məhv edilib. Rusiya ordusu canlı qüvvədə də itki verib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən gün ərzində Rusiyaya məxsus 17 hava hədəfini - 8 təyyarə, 3 helikopter, 4 müxtəlif tipli dron və 2 qanadlı raketi vurub. Hərbi Hava Qüvvələrinin aviasiyası düşmənin canlı qüvvəsinin və texnikasının yığıldığı yerlərə raket zərbələri endirib.
Bildirilib ki, indiyədək 17 200 rusiyalı hərbçi zərərsizləşdirilib.
Bundan başqa, Rusiyaya məxsus 597 tank, 1 710 zirehli döyüş maşını, 303 artilleriya sistemi, 96 reaktiv yaylım atəşi sistemi, 54 hava hücumundan müdafiə sistemi, 127 ədəd hərbi təyyarəsi, 129 ədəd helikopteri, 71 PUA, 1 178 nəqliyyat vasitəsi, 73 ədəd yanacaq çəni, 7 ədəd gəmi/kater, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.