Azad Media Susdurula Bilməz!
Azərbaycanın Çexiyadan haubitsa alır
HƏRBİ XƏBƏRLƏR

Azərbaycanın Çexiyadan haubitsa alır

Azərbaycanın Çexiyadan 70 ədəd 155 mm/L45 DITA haubitsası alacağı iddia edilib. 

“Dennik N” tərəfindən verilən xəbərdə Azərbaycanın Çexiyadan 70 ədəd 155 mm/L45 DITA haubitsası alacağı iddia edilib.

Bundan əlavə, bu yaxınlarda Azərbaycanın Slovakiyadan 48 ədəd 155 mm-lik “Nora” haubitsası alacağı də açıqlanıb.

Çexiyanın Azərbaycana haubitsa tədarükü təsdiqlənərsə, bu sifariş Çexiya və ya Slovakiya artilleriya sistemləri üçün 1989-cu ildən bəri ən böyük sifariş olacaq.

Bu kontekstdə “Excalibur Army” keçmişdə Azərbaycana 152 mm-lik “SpGH” və 122 mm-lik RM-70M1 Yaylım Atəşli Reaktiv Sistemi (YARS) kimi sistemlər də tədarük edib. Regionda baş verən proseslərə uyğun olaraq Azərbaycan və Ermənistan artilleriya sistemlərini yeniləyir.

155 mm-lik DITA nəyə qadirdir?

155 mm-lik DITA haubitsa sistemi yüksək dağıdıcı gücə malik “base bleed” (adətən təxminən 20-35% məsafəni artırmaq üçün bəzi artilleriya mərmilərində istifadə olunan sistemdir – red.) (HE BB) sursatı və 39 km-ə qədər atış mənzilinə sahib 155 mm-lik L45 topu ilə təchiz olunub. Qüllənin içərisindəki daşıyıcı kamerada isə 40 ədəd 155 mm-lik sursat var. DITA təkərli şassi üərindəki haubitsa sistemi modul dizayna malikdir. Bu o deməkdir ki, daşıyıcıda silah və sursat olan qüllə müxtəlif təkərli və ya tırtıllı şassilərə quraşdırıla bilər.

"Bakufakt.az"

IRON MAX AZERBAIAN