HƏRBİ XƏBƏRLƏR
Əsgərin otağından ölümcül element tapıldı, Müdafiə Nazirliyi hərəkətə keçdi
Avstraliyanın Sidney şəhərindəki "Holsworthy" kazarmasında əsgər otağına basqın zamanı təhlükəli element aşkarlanıb.
Bu barədə Avstraliya Yayım Korporasiyası (ABC) məlumat yayıb.
Adının açıqlanmasını istəməyən mənbələr əsgər otağına basqın zamanı uran tapıldığını qeyd ediblər.
Müdafiə Nazirliyi otaqdan “təhlükəli potensial” maddəsinin çıxarıldığını və bunun ordunun fəaliyyəti ilə bağlı olmadığını açıqlayıb.
Basqın zamanı ələ keçirilən az miqdarda uranın təhlükəsizliyinin təmin edildiyi və hərbçilərin sözügedən maddəni internet vasitəsilə aldığını bildirilib.