Zelenskinin ifşa etdiyi alman siyasəti: Avropanı ayıran divarın arxasında nə dayanır? - ŞƏRH
Ukraynada Rusiyanın başlatdığı dağıdıcı və ölümcül müharibə artıq həftələrdir davam edir. Ukrayna müdafiə olunur, Ukrayna xalqı və dinc şəhərləri müharibənin dəhşətləri ilə qarşı-qarşıya qalır. Müharibədə Ukrayna xalqının mübarizəsi ilə yanaşı ona göstərilən yardımlar və Rusiyaya qarşı atılan addımlar da həlledici rol oynayır. Bu yardımlar Ukraynanın müqavimətini davam etdirməsinə kömək edir, Rusiyanın isə hücumlarını zəiflətmək məqsədi daşıyır.
Ancaq Qərbin heç də bu məsələdə mütləq həmrəylik nümayiş etdirməsini də söyləmək olmaz. Ən azından Almaniya iki istiqamət üzrə də bu vəhdətin qarşısında dayanır desək, yanılmarıq.
Berlin sadəcə sözlə kifayətlənib Ukraynaya lazımı dəstəyi vermədiyi kimi, eyni zamanda alman biznesi də Rusiya bazarından imtina etmək niyyətində deyil. Hələ müharibədən əvvələ nəzər salsaq, Almaniyanın burada da Kiyevə dəstək olmadığını görə bilərik. Ukraynanın NATO-ya üzv olmasına qarşı durması bir yana qalsın, Almaniya hətta mövcud təhlükələr fonunda Ukraynaya digər ölkələrin dəstəyinə də qarşı çıxırdı.
Mənbə: Oxu.az