Zelenski “Danışıqlar uğursuz olarsa, bu, üçüncü dünya müharibəsi demək olacaq”
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.
O, əlavə edib ki, söhbət alınmazsa bu, üçüncü dünya müharibəsinin başlanğıcı ola bilər.
Bunu dövlət başçısı CNN-ə verdiyi müsahibdə deyib.
Zelenski əmindir ki, Ukraynada müharibəni yalnız danışıqlar bitirə bilər.
“Mən danışıqlara hazıram. Son iki ildə hazıram. Və danışıqlar olmadan bu müharibəni bitirə bilmərik”, - Zelenski bəyan edib.
Dövlət başçısı əlavə edib ki, Ukrayna və Rusiya arasında danışıqlar davam etdiriləcək. Belə ki, bu, mülki əhalinin ölümünün qarşısını almaq üçün bir şansdır.
Bununla belə, o vurğulayıb ki, Ukrayna müharibəni bitirmək üçün bütün imkanlardan istifadə etməlidir. Əks halda bu, daha böyük münaqişəyə çevrilə bilər.
Mənbə: rbc.ua