HƏRBİ XƏBƏRLƏR
20 Yanvar qırğınının əsas baiskarlarından biri də öldü
SSRİ hökumətinin keçmiş rəhbəri Nikolay Rıjkov vəfat edib.
Bu barədə "Kommersant" məlumat yayıb.
Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko faktı təsdiqləyib.
Qeyd edək ki, N.Rıjkov 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi qərarını verən şəxslərdən biridir.
“Bakıya ordu hissələrini yeritmək qərarı Mixail Qorbaçovun kabinetinə birgə qəbul olunub. İclasda SSRİ Ali sovetinin sədri Anatoli Lukyanov, müdafiə naziri Dimitri Yazov, DTK-nın sədri Kryuçkov, DİN naziri Bakatin və mən iştirak etmişik”, - deyə Rıjkov qətliam barədə danışarkən bildirib.
"BakuFakt.az"