HƏRBİ XƏBƏRLƏR
Ukrayna-Rusiya danışıqları bərpa olundu
Ukrayna nümayəndə heyətinin üzvü David Araxamia Rusiya tərəfi ilə danışıqların bərpa olunduğunu elan edib.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatı başlayandan bəri dünən Moskva və Kiyev arasında danışıqların dördüncü mərhələsi keçirilib. Ukrayna nümayəndə heyəti çərşənbə axşamına qədər texniki fasilə verildiyini bildirmişdi.
“Artıq danışıqlar gedir”, - deyə Araxamiya qeyd edib.