Azad Media Susdurula Bilməz!
Zelenski “Birinci Kanal”ın redaktoruna təşəkkür etdi
HƏRBİ XƏBƏRLƏR

Zelenski “Birinci Kanal”ın redaktoruna təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “Birinci Kanal”ının canlı efirində müharibə əleyhinə şüar səsləndirən telekanalın redaktoru Marina Ovsyannikovaya təşəkkür edib.

 

“Həqiqəti digərlərinə çatdırmaqdan əl çəkməyən rusiyalılara minnətdaram. Dezinformasiyalarla mübarizə aparan və həqiqəti ictimailəşdirməkdən çəkinməyən rusiyalılara təşəkkür edirik. Və şəxsən müharibə əleyhinə posterlə “Birinci Kanal”ın studiyasına daxil olan qıza çox sağ ol demək istəyirəm”, – deyə dövlət başçısı bildirib.

V.Zelenski həmçinin qeyd edib ki, nə qədər ki, Rusiya Şimali Koreyaya çevrilməyib və nə qədər ki, bu ölkə bütün dünyadan təcrid olunmayıb vətəndaşlar azad sözlərini ifadə etməkdən əl çəkməməlidirlər.

IRON MAX AZERBAIAN