Azad Media Susdurula Bilməz!
Ordumuzun Qarabağda həyata keçirdiyi son əməliyyatın nəticələrini iki kontekstdə dəyərləndirmək olar
HƏRBİ XƏBƏRLƏR

Ordumuzun Qarabağda həyata keçirdiyi son əməliyyatın nəticələrini iki kontekstdə dəyərləndirmək olar

Ordumuzun Qarabağda həyata keçirdiyi son əməliyyatın nəticələrini iki kontekstdə dəyərləndirmək olar.

Birincisi, hərbi nəticələrdir:

- 2054 metr yüksəklikdəki strateji bölgəyə (Quyruqyal adlanır) nəzarət bərpa edildi: Sarıbaba dağından 2.9 kilometr şimal-şərqdə yerləşən bu yüksəklik separatçıların tikinti işləri apardığı torpaq yolu - Xankəndi-Kosalar-Mirzələr-Turşsu - nəzarətdə saxlamağa imkan verir;
- Separatçıların intensiv şəkildə istifadə etdiyi Xankəndi-Xəlfəli-Turşsu yolu nəzarətə götürüldü;
- Xankəndidəki separatçıların Ermənistana çıxış kimi istifadə etdiyi bütün yolları bağlandı;
- Müharibədən sonra azsaylı ermənilərin qaldığı və sülhməramlıların nəzarət etdiyi bölgəyə daxil olan Böyük Qaladərəsi, Kiçik Qaladərəsi və Turşsu kimi kəndlərlə separatçıların arasındakı əlaqə kəsildi: bu, həmin ərazilərin də yaxın gələcəkdə ordumuzun tam nəzarətinə keçməsinə şərait yarada bilər;
- Separatçıların silah-sursat və canlı qüvvə toplamaq imkanları sıradan çıxarıldı;

İkincisi, siyasi nəticələrdir:

- Separatçıların alternativ yollarının bağlanması Bakının Xankəndi üzərində təsir imkanını artıracaq;
- Separatçıların Qarabağdakı erməni əhalisi üzərində təsirinin azalması ilə nəticələnəcək və bu, erməni əhalisi arasında inteqrasiyanın alternativi olmadığı rəyinin güclənməsinə şərait yaradacaq;
- Laçın yolunda olduğu kimi torpaq yollara da Bakının nəzarət etməsi qeyri-humanitar daşımaların qarşısının alınması ilə yanaşı, həm də lazım olanda bundan təsir rıçaqı olaraq da istifadə etmək imkanı verir;
- Və ən mühüm məqamlardan biri də odur ki, rəsmi Bakı bu addımlarla öz suveren ərazisində istədiyi kimi davranacağını və qeyri-qanuni fəaliyyətlərə imkan verməyəcəyini praktiki olaraq nümayiş etdirdi;

Baş verənlər deməyə əsas verir ki, artıq xəbərdarlıq yox, praktiki addımların atılması aktualdır.

IRON MAX AZERBAIAN