Azad Media Susdurula Bilməz!
Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən rus sülhməramlılarının təminat maşınları növbəti dəfə maneəsiz keçib
HƏRBİ XƏBƏRLƏR

Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən rus sülhməramlılarının təminat maşınları növbəti dəfə maneəsiz keçib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

 Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 2 təminat maşını Laçından Xankəndi istiqamətinə keçib.

Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Qeyd edək ki, gün ərzində aksiya keçirilən ərazidən ümumilikdə hər iki istiqamətə 11 avtomobil keçib.

IRON MAX AZERBAIAN