Azad Media Susdurula Bilməz!
Azərbaycan-İran sərhədində İNSİDENT: atəş açıldı
HƏRBİ XƏBƏRLƏR

Azərbaycan-İran sərhədində İNSİDENT: atəş açıldı

İranla sərhəddə növbbəti insident yaşanıb.

Dövlət Sərhəd Xidmətindən Bakufakt.az-a verilən məlumata görə, oktyabrın 25-də saat 20:20-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilərək, “Dayan” əmri verilib və havaya xəbərdarlıq atəşi açılıb. Buna baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıblar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi qapadılıb.

Reklam ADS