Azad Media Susdurula Bilməz!
Təminat daşıyan texnikamız atəşə tutulub
HƏRBİ XƏBƏRLƏR

Təminat daşıyan texnikamız atəşə tutulub



Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Bundan əlavə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində bölmələrimizə təminat daşıyan 1 ədəd KamAZ markalı avtomobil də Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb.

Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.

Reklam ADS